İstanbulda ardıcıl 6 zəlzələ - İnsanlar küçələrdə...

İstanbulda güclü zəlzələ baş verib.

AFAD-ın (Fövqəladə Halların İdarə Olunması Agentliyi) yaydığı rəsmi məlumata görə, saat 12:49-da qeydə alınan zəlzələnin maqnitudası 6,2 bal olub. Yeraltı təkanlar şəhərdə ciddi təşvişə səbəb olub və əhali panika içində küçələrə axışıb.

AFAD zəlzələnin episentrinin yer səthindən 6,92 kilometr dərinlikdə olduğunu açıqlayıb. İstanbulla yanaşı, İzmir, Balıkesir, Sakarya, Tekirdağ, Çanaqqala və Uşak vilayətlərində də zəlzələ hiss olunub.

AFAD-dan rəsmi açıqlama: Təkcə bir zəlzələ ilə kifayətlənməyən bu gün, ümumilikdə 6 yeraltı təkan qeydə alınıb. Bunlar aşağıdakı kimidir:

Saat 12:13 – 3,9 bal

Saat 12:49 – 6,2 bal

Saat 12:51 – 4,4 bal

Saat 13:01 – 4,8 bal

Saat 13:02 – 4,5 bal

Saat 13:02 – 4,9 bal

Hazırda zəlzələnin fəsadları qiymətləndirilir. AFAD və digər müvafiq qurumlar hadisə ilə bağlı araşdırmaları davam etdirir. Hələlik tələfat və ciddi dağıntılarla bağlı rəsmi açıqlama verilməyib.