İsrail Müdafiə Qüvvələri bir gündə Livanın cənubunda şiə Hizbullah hərəkatının 70-ə yaxın döyüşçünü məhv edib.
Bizimxeber.az bildirir ki, bu barədə məlumat IDF Telegram kanalında yer alıb.
“Aviasiya və kəşfiyyatın dəstəklədiyi əməliyyatlar zamanı qoşunlar yeraltı infrastrukturı və silah anbarlarını, o cümlədən raketlər, tank əleyhinə raket sistemləri, minaatanlar, döyüş sursatı və digər hərbi texnika aşkar edərək məhv ediblər"- deyə məlumatda bildirilir.