/BX LiveBLOG/
Kanadanın baş naziri Mark Karni, ABŞ ilə ticarət və təhlükəsizlik əlaqələrinin təhlil edərkən, ABŞ-ın artıq etibarlı tərəfdaş olmadığını bəyan edib.
"Bizimxeber" bildirir ki, onun bu açıqlaması, ABŞ prezidenti tərəfindən açıqlanan yeni tarif tədbirləri ilə bağlıdır. Karni bildirib ki, ABŞ-ın tətbiq etdiyi ticarət məhdudiyyətləri Kanadanın bu ölkəyə olan asılılığını ciddi şəkildə azaltmağı tələb edir.
Baş nazir, ABŞ-ın tətbiq etdiyi 25%-lik yeni rüsumların qüvvəyə minməsi ilə əlaqədar olaraq, Kanada ilə ABŞ arasındakı əlaqələrin yeni bir mərhələyə qədəm qoyacağını vurğulayıb.
O, xüsusilə Kanada ilə ABŞ arasındakı ticarət müharibəsinin gedişatını nəzərə alaraq, Kanadanın digər ölkələrlə ticarət əlaqələrini artırmaq və müxtəlif yeni strateji addımlar atmaq məcburiyyətində qalacağını bildirib.
Mark Karni həmçinin, Kanadanın digər dövlətlərlə ticarət əlaqələrini gücləndirməsi və "əvvəllər qeyri-mümkün" hesab olunan məsələləri sürətlə həyata keçirməsi lazım olduğunu qeyd edib. Bu, Kanadanın öz iqtisadi müstəqilliyini artırmağa və ABŞ ilə olan asılılığını minimuma endirməyə çalışacağı bir dövrü işarə edir.
Kanada, ABŞ-ın yeni tariflərə qarşı tez bir zamanda cavab verməyə hazır olduğunu da açıqlayıb və ABŞ-a qarşı müvafiq addımlar atacağını bildirib.