İlham Əliyev Qələbə Paradına qatılmayacaq

Azərbaycan Prezidenti İlham Əliyev mayın 9-da Moskvada keçiriləcək Qələbə Paradına qatılmayacaq.

"Bizmxeber" bildirir ki, bu barədə Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov bildirib. 

Qeyd olunur ki, dövlət başçısı Ümummilli lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş tədbirlərlə bağlı Qələbə Paradında iştirak etməyəcək.