İldə 540 milyon dollar: Telegram ili ilk dəfə mənfəətlə başa vurur

Telegram mesajlaşma platforması 2024-cü ili tarixində ilk dəfə olaraq mənfəətlə başa vurub. Bu barədə Financial Times məlumat yayıb. 

Nəşrin yazdığına görə, şirkət 2024-cü ildə 540 milyon dollar xalis mənfəət əldə edib. Müqayisə üçün qeyd edilir ki, 2023-cü ildə Telegram 173 milyon dollar zərər etmişdi. 

Hesabatda bildirilir ki, ötən il şirkətin ümumi gəliri 343 milyon dollar olduğu halda, 2024-cü ildə bu rəqəm 1,4 milyard dollara yüksəlib. Gəlirlərin kəskin artımı əsasən ödənişli istifadəçilərin sayının artması və Telegram-ın öz kriptovalyutası ilə bağlı əməliyyatlardan əldə etdiyi gəlirlər hesabına mümkün olub. 

Telegram bu məlumatları təxminən 1,5 milyard dollarlıq istiqraz buraxmazdan əvvəl investorlara təqdim edib. Şirkət bu istiqraz buraxılışı ilə mövcud borclarını ödəməyi planlaşdırır. 

Qeyd edək ki, bu uğur Fransada Telegram-ın qurucusu Pavel Durova qarşı cinayət işi başladıldığı bir vaxtda baş verir. Hüquqi proseslərə baxmayaraq, Telegram-ın aliyyə göstəricilərində müsbət dinamika müşahidə olunur.