Hüquqmüdafiəçisi, siyasi fəal Rüfət Səfərovun həbs müddəti uzadılıb.
"Bizimxeber" bildirir ki, Binəqədi Rayon Məhkəməsi prokurorun təqdimatını əsaslı hesab edib. Qərara əsasən, Rüfət Səfərov barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti iyunun 23-nə kimi uzadılıb.
R.Səfərov külli miqdarda dələduzluq və qəsdən sağlamlığa az ağır zərər vurma maddələri ilə ittiham olunur.
Lakin o özü bu ittihamları qəbul etmir və həbsinin siyasi olduğunu deyir.