Ukraynaya təyinatlı F-16 qırıcılarının son partiyası Hollandiyadakı Volkel aviabazasından çıxarılıb. "Bizimxeber" xarici KİV-lərə istinadən bildirir ki, təyyarələr Belçikaya təhvil veriləcək və burada onların transfer üçün hazırlanması davam etdiriləcək.
Hollandiyanın müdafiə naziri Ruben Brekelmans bildirib ki, təyyarələr Ukraynanın Rusiya hava hücumlarına qarşı müdafiəsi üçün çox vacibdir. Onun sözlərinə görə, ukraynalı pilotlar F-16-nı rekord müddətdə mənimsəyiblər.
Ümumilikdə Hollandiya Ukraynaya 24 ədəd F-16 təyyarəsi təhvil verib. Ehtiyat hissələri, sursat və yanacaq da veriləcək. Təyyarələr artıq raketləri və dronları tutmaq üçün istifadə olunur.
F-16-lar həmçinin Ukraynaya Danimarka (19), Belçika (2028-ci ilə qədər 30-a qədər) və Norveç (6) tərəfindən verilir.