Hindistanın daxili işlər naziri Amit Şah ölkənin bütün ştatlarının səlahiyyətlilərini Pakistan vətəndaşlarını müəyyən edib geri göndərməyə çağırıb. ANI mənbələrə istinadən xəbər verir. Təlimat ölkədə qalma səbəblərindən asılı olmayaraq bütün əcnəbi vətəndaşlara şamil edilir.
"Hindistanın daxili işlər naziri Amit Şah bütün baş nazirlərdən öz ştatlarında olan bütün Pakistan vətəndaşlarını müəyyənləşdirməyi və onların tezliklə Pakistana qayıtmasını təmin etmək üçün addımlar atmağı xahiş edib" -deyə mənbə bildirib.
Bundan əvvəl Hindistan 1960-cı ildən bəri ilk dəfə olaraq Hind çayında dörd şlüzün hamısını bağlayaraq Pakistana su təchizatını tamamilə kəsmişdi. O, öz qərarı ilə siyasi fikir ayrılıqlarından asılı olmayaraq, su ehtiyatlarının bölüşdürülməsi üçün tərəflərin 60 ildən çox əvvəl imzaladığı Su Müqaviləsinin müddəalarını pozub.
Pakistan da öz növbəsində Hindistanla hərbi münaqişəyə hazır olduğunu bəyan edərək, sosial şəbəkədə təxribat xarakterli başlıq ilə raket buraxılışının fotosunu dərc edib: “Müharibə istəyirsənmi? “Başla”...