Hindistan ilk dəfə S-400lərdən istifadə etdi

Hindistan və Pakistan arasında artan gərginlik fonunda Hindistan ilk dəfə olaraq Rusiya istehsalı olan S-400 Triumf hava hücumundan müdafiə sistemlərindən döyüş şəraitində istifadə edib. Bu barədə məlumatı “Hindustan Times” nəşri Hindistan hakimiyyətindəki mənbələrə istinadla yayıb.

Mayın 8-nə keçən gecə Pakistan ordusu pilotsuz uçuş aparatları (PUA) və raketlər vasitəsilə Hindistanın şimal və qərbindəki hərbi bazalarına hücumlar həyata keçirib.

Hindistan Müdafiə Nazirliyinin məlumatına görə, bu hücumlar S-400 Triumf, yerli istehsal “Akaş” zenit raket sistemləri və İsrailin “Harop” PUA-ları vasitəsilə uğurla dəf olunub.