Gürcüstanda ukraynalılar üçün viza ilə bağlı xoşagəlməz qərar - Müddət azaldıldı

Aylardır siyasi gərginlik fonunda olan Gürcüstan hakimiyyəti Ukrayna vətəndaşlarının ölkədə vizasız qalma müddətini azaldıb.

Mtavari telekanalının verdiyi məlumata görə, bundan sonra ukraynalılar Gürcüstanda 3 il deyil, 1 il qalmaq hüququna sahib olacaqlar. Yeni qaydalar artıq Gürcüstan ərazisinə daxil olmuş Ukrayna vətəndaşlarına da aid edilir. 

24 fevral 2025-ci ildən öncə Gürcüstana daxil olan və hal-hazırda orada olan Ukrayna vətəndaşlarının qalma müddəti 24 fevral 2026-cı il tarixinə qədər uzadılacaq.

Ukrayna vətəndaşları 2022-ci ildəki müharibəyə qədər Gürcüstanda 12 ay vizasız qala bilirdilər. Lakin Rusiyanın Ukraynaya tüm miqyaslı hücumu başladıqdan sonra bu müddət əvvəlcə iki, sonra isə üç ilə qaldırılmışdı. Gürcüstanda Rusiya vətəndaşlarının vizasız qalma müddəti də 1 il təyin edilib.

Bu addım, Gürcüstan-Aİ münasibətlərinin gərgin vaxtında atılır. Avropa Parlamenti bildirir ki, Tbilisinin "Xarici Agentlər Haqqında" qanun müzakirələri fonunda Aİ-Gürcüstan vizasız rejiminin ləğvini dəyərləndirir. Bu təklif Gürcüstanda güclü etirazlarla qarşılanıb. Yerli müxalifət bu gedişi "rusiyapərəst siyasət" kimi qiymətləndirib.

Bu arada, Rusiya Xarici Işlər Nazirliyi xarici vətəndaşlar üçün elektron viza qaydalarında dəyişiklik edərək, viza etibarlılıq müddətini 60 gündən 120 günə uzatmağı təklif edib. Eyni zamanda, bu viza ilə Rusiya Federasiyasında qalma müddətinin 15 gündən 30 gündəyə qaldırılması planlaşdırılır.