“Gürcü arzusu”nun seçkilərdə məğlub olduğu yeganə şəhər Tiflis deyildi
“Gürcü arzusu”nun seçkilərdə uduzduğu yeganə şəhər Tiflis deyil. Bizimxeber.az bildirir ki, Mərkəzi Seçki Komissiyasının ilkin məlumatlarına görə, hakim partiya Batumi, Kutaisi, Rustavi və Tsalenjixada da uduzub.
MSK-nın məlumatına görə, böyük şəhərlərdə “Gürcü arzusu”nun faizi aşağıdakı kimidir.
Rustavi – 40,99%
Batumi – 49,726%
Kutaisi - 47,328%
Tsalenjixa - 48,052%
Məlumat üçün bildirək ki, Mərkəzi Seçki Komissiyasının ilkin məlumatlarına görə, “Gürcü arzusu” Tbilisidə böyük fərqlə məğlub olub. Mərkəzi Seçki Komissiyası 2024-cü il parlament seçkilərinin ilkin nəticələrini açıqlayıb. Modernləşdirilmiş elektron seçkilərin keçirildiyi 3111 seçki məntəqəsindən 2206-sı hesablanıb.
Arzu - 52,99%, müxalifət - 38,27% - MSK-nın ilkin nəticələri belədir.