Giorgi Baçiaşvili həbs edilidi - Beynəlxalq hüquq müdafiəçiləri hərəkətə keçdi

Gürcüstanın Birgə İnvestisiya Fondunun keçmiş rəhbəri Giorgi Baçiaşvili həbs edilib.

"Bizimxeber" bildirir ki, Gürcüstanın Dövlət Təhlükəsizlik Xidməti (DTX) onun həbsi barədə rəsmi məlumat yayıb.

DTX-nin açıqlamasına görə, 2025-ci il mayın 26-da quruma daxil olan anonim məlumat nəticəsində Baçiaşvilinin Gürcüstan və Rusiyanın ikili vətəndaşı və axtarışda olduğu, həmçinin qırmızı xətlə axtarışda olunduğu təsdiqlənib. 

Məlumata əsasən, o, Qırmızı Körpü ilə Sadaxlo arasındakı, “Yaşıl Sərhəd” adlanan ərazidə təxminən 20 km-lik bir sərhəd zonasına yaxın hissədə müşahidə olunub. DTX onun Azərbaycan və ya Ermənistan sərhədi yaxınlığında olduğunu dəqiqləşdirməsə də, qeyd edib ki, istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.

Baçiaşvilinin son zamanlara qədər harada olduğu naməlum idi və o, gizli şəkildə ölkəni tərk etmişdi. 

Həbslə bağlı yayılan rəsmi məlumatdan sonra Baçiaşvilinin beynəlxalq hüquqşünaslar komandası onun zorla Gürcüstana qaytarıldığını bəyan edib. Onlar həmçinin Baçiaşvilinin işgəncəyə məruz qalma riski ilə üzləşdiyini bildirirlər. Bu hadisə Gürcüstanda hüquq-mühafizə orqanlarının fəaliyyəti və insan hüquqlarının qorunması ilə bağlı narahatlıqları yenidən gündəmə gətirib.