Fransada bir neçə həbsxanaya hücum edildi - avtomobillər yandırılıb...

Fransanın ədliyyə naziri Gerald Darmanin, ötən gecə ölkənin bir neçə həbsxanasına hücum edildiyini təsdiqləyib. Nazir, hücumlardan zərər çəkən şəhərlərdən biri olan Tulona səfər edəcəyini bildirib.

Sosial şəbəkə X üzərindən paylaşım edən Darmanin qeyd edib ki, bir neçə həbsxanada işçiləri qorxutmaq üçün cəhdlər edilib, avtomobillər yandırılıb, avtomatik silahlardan atəş açılıb". 

O deyib ki, bu hücumların arxasında mütəşəkkil cinayət şəbəkələrinin dayandığı ehtimal olunur. Təhlükəsizlik qüvvələri məsələ ilə bağlı istintaqa başlayıb. Fransa hökuməti, xüsusilə narkotik və təşkilatlanmış cinayətkarlıqla mübarizədə yeni sərt addımlar atacağını bəyan edib.