Le Pen dayanmır - “Siyasi qərardır”...

/BX LiveBLOG/

Fransanın ifrat sağçı siyasətçisi Marin Le Pen 2027-ci ildə keçiriləcək prezident seçkilərində iştirakını qadağan edən məhkəmə qərarını “siyasi qərar” adlandırıb. 

O, bu barədə TF1 telekanalına müsahibəsində bildirib. 

Le Pen deyib ki, hakimlər “mənim prezident seçkilərində iştirak etməyimə mane olmaq üçün” “siyasi qərar” veriblər. O, bunu “qanunun aliliyinin pozulması” adlandırıb. “Məhkəmə sədri əsassız olaraq prezident seçkilərinin favoritini mühakimə etdi”, – siyasətçi hökm elan edildikdən sonra ilk müsahibəsində vurğulayıb.

O, həmçinin "mümkün qədər tez" qərardan şikayət edəcəyini təsdiqləyib. “Məni uzaqlaşdırdılar, həm də milyonlarla fransızın səslərindən məhrum etdilər” deyən Le Pen, “özünün bu şəkildə uzaqlaşdırılmasına icazə verməyəcəyini” vurğuladı.