Fransa Qorisdə konsulluq agentliyi açır

Fransa Ermənistanın Sünik bölgəsində, Qorisdə konsulluq agentliyi açacaq.

"Bizimxeber" bildirir ki, bu barədə Fransa Xarici İşlər Nazirliyinin rəhbəri Jan-Noel Barrot İrəvanda keçirdiyi mətbuat konfransında məlumat verib. Barrot bildirib ki, "Mərkəzləşdirilməmiş Əməkdaşlıq" mövzusunda 5-ci beynəlxalq konfrans da məhz Qorisdə keçiriləcək və bu qərarın siyasi əhəmiyyəti var.

“Bu, ölkələrimiz arasında dərin əməkdaşlığın göstəricisidir və Sünikdə baş tutacaq konfrans da siyasi siqnaldır”, – fransalı diplomat qeyd edib.

Fransa rəsmisi əlavə edib ki, "Expertise France" beynəlxalq əməkdaşlıq agentliyi də Ermənistanda nümayəndəlik açmağa hazırlaşır. Bununla da Fransa Ermənistanla münasibətlərdə uzunmüddətli öhdəliklərini gücləndirəcəyini göstərir.