"Fikonun parada getməsi Aİ müttəfiqlərinin üzünə tüpürməkdir" - Müxalifət

Slovak müxalifətinin nümayəndələri Slovakiyanın baş naziri Robert Fikonun Moskvaya səfərini ölkə üçün biabırçılıq, Avropa İttifaqı və NATO-dakı müttəfiqlərinin üzünə tüpürmək adlandırıblar.

"Bizimxeber" bildirir ki, bu barədə "Noviny" nəşri xəbər yayıb.

Qeyd edək ki, Robert Fiko Aİ ölkələrindən Moskvada 9 May paradına gedən yeganə hökumət rəhbəri olub. Həmçinin Slovakiya müxalifəti dövlətə xəyanətdə şübhəli bilinərək bununla bağlı Ficoya qarşı cinayət işi qaldırmağı nəzərdən keçirəcəyini bildirib.

"Tərəqqiçi Slovakiya"nın ən güclü müxalifət qüvvələrinin rəhbəri Mixal Şimeçka deyib ki, bu, Slovakiya üçün utancvericidir: "Bu, bizim milli maraqlarımıza xəyanətdir". Uzun müddətdir ki, Rusiyanı Ukraynaya genişmiqyaslı müdaxiləsinə görə tənqid edən Slovakiya müxalifəti siyasətçiləri daha əvvəl Fikonu Moskvaya getməməyə çağırmışdılar. 

Qeyd edək ki, Mayın 9-da Moskvada keçirilən bayram mərasimində dövlət başçıları səviyyəsində Avropadan Putinin yeganə qonağı Robert Fiko və Serbiya prezidenti Aleksandr Vuçiç olub.