Fiko Kallasın Moskvaya getməmək məsləhətinə qəzəblənib - "İndi 1939-cu il deyil..."

Slovakiyanın baş naziri Robert Fiko Aİ-nin xarici siyasət rəhbəri Kallasın Avropa liderlərinin mayın 9-da keçiriləcək qondarma Qələbə Paradı münasibətilə Moskvaya getməmək çağırışını rədd edib. 

Bu barədə Dennik N xəbər verib. Slovakiyanın baş naziri mayın 9-da Moskvada olacağını bir daha təsdiqləyib. 

"Xanım Kallasın xəbərdarlığı şantajıdır, yoxsa Moskvadan qayıdanda cəzalandırılacağıma dair elandır? Bilmirəm, amma bilirəm ki, 1939-cu il deyil, 2025-ci ildir".

Fiko daha sonra qiyabi olaraq Aİ-nin xarici işlər nazirinə müraciət edərək deyib ki, “heç kim mənə hara getməli və ya getməməli olduğumu deyə bilməz. Və sizə xatırladıram ki, mən Aİ-də ardıcıl olaraq Ukraynada sülhün labüdlüyündən danışan azsaylılardan biriyəm və mən bu mənasız müharibənin davam etdirilməsinin qızğın tərəfdarlarından deyiləm”, - Slovakiyanın baş naziri əlavə edib.

Avropa Birliyinin baş diplomatı Kaia Kallas aprelin 14-də Avropa liderlərini mayın 9-da Moskvada keçiriləcək hərbi bayramlarda iştirak etməməyə , əvəzində Ukrayna ilə həmrəylik nümayiş etdirməyə çağırıb. 

Avropa İttifaqı həmçinin Aİ-yə namizəd dövlətlərə mayın 9-da Moskvada keçiriləcək paradda iştirak etməmək və Rusiyaya səfər etməmək barədə dəqiq göstərişlər verib.