Avropanın ən yüksək aktiv vulkanı Etna İtaliyanın Siciliya adasında püskürməyə başlayıb.
"Bizimxeber" La Sicilia portalına istinadən bildirir ki, bölgədə uçuşlar üçün təhlükə səviyyəsi qırmızıya qaldırılıb.
Zəlzələ ocaqlarının mərkəzi dəniz səviyyəsindən təxminən 2,8 min metr yüksəklikdə Cənub-Şərqi Krater ərazisində yerləşir. Vulkanın üstündə qaz və küldən ibarət nəhəng göbələk buludunu görmək olar. Siciliyanın bəzi yaşayış məntəqələrində artıq yağıntı şəklində kül yağması qeydə alınıb.
Qeyd edilir ki, püskürmə artan intensivliyə malik Stromboliya partlayışları ilə davam edir. Buna baxmayaraq, Kataniya Beynəlxalq Hava Limanı normal rejimdə işləyir.