Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan əhalisinin azalması riski ilə üzləşdiyini və bu tendensiyanın qarşısını almaq üçün mədəni dəyərlərin qorunmasının vacib olduğunu bildirib.
Prezident Ərdoğan bu vəziyyətin ən optimist proqnozlar üzrə belə, 10 il ərzində başlayacağına və əsrin sonuna qədər Türkiyənin əhalisinin 10 milyon nəfər azalacağına işarə edib. Ərdoğan, bu tendensiyanın qarşısını almaq üçün ailə institutunun qorunmasının, eləcə də, qadın və kişilər arasındakı mövcud ziddiyyətləri aradan qaldıran bir yanaşmanın vacibliyini vurğulayıb.
Türkiyənin həll yolunun "köklərinə qayıtmaqda" olduğunu bildirən prezident, Qərbin təbliğ etdiyi zərərli ideologiyaların Türkiyə cəmiyyətinə təsirini də dilə gətirib. Onun fikrincə, yalnız mədəni və dini dəyərlərə əsaslanaraq bu çətin vəziyyətdən çıxmaq mümkündür.
Türkiyənin qarşı-qarşıya olduğu demoqrafik problemlər təkcə Türkiyədə deyil, bir çox inkişaf etmiş ölkələrdə də hiss edilir. Məsələn, Almaniyada doğum nisbəti 2023-cü ildə son 10 ilin ən aşağı səviyyəsinə düşüb, Fransada isə İkinci Dünya Müharibəsindən bəri ən aşağı səviyyə qeydə alınıb. Hətta Fransanın prezidenti Emmanuel Makron da doğum nisbətini artırmaq məqsədilə planlar hazırlamağa başlayıb.
Yunanıstan da oxşar tədbirlər paketi təqdim edərək, əhali azalmasının qarşısını almaq və ailələri uşaq sahibi olmağa təşviq etmək məqsədini güdür.