Prezident təqaüdçüsü, əməkdar mühəndis Əliş İsmayılov 94 yaşında vəfat edib.
"Bizimxeber" bildirir ki, Əliş İsmayılov Şağan qəbiristanlığında dəfn edilib.
Qeyd edək ki, Əliş İsmayılov 11 fevral 1931-ci ildə Salyan rayonunda anadan olub.
O, uzun müddət Azərbaycanın qaz təsərrüfatında rəhbər vəzifələrdə işləyib və Azərbaycan Respublikasının Prezidentinin 19 sentyabr 2011-ci il Sərəncamı ilə “Azərbaycanın neft sənayesində səmərəli fəaliyyətinə görə” fərdi təqaüdə layiq görülüb.
Allah Rəhmət Eləsin!