Ədalət Abbasov vəzifəsindən azad edildi

Azərbaycan Prezidentinin Mətbuat katibi xidmətinin çəkiliş sektorunun müdiri Ədalət Abbasov vəzifəsindən azad olunub.

Sözügedən xidmətin bir neçə əməkdaşı da işdən çıxarılıb.

Qeyd edək ki, Ə.Abbasov 1993-cü ildən Prezidentin Mətbuat Xidmətinin çəkiliş qrupunda çalışırdı.

Onun, həmçinin MUZ TV-nin təsisçisi və kuratoru olduğu bildirilir. /Teleqraf/