Durovdan şok açıqlama - Fransız kəşfiyyatı seçkilərə müdaxilə edib

Telegram messencerinin yaradıcısı Pavel Durov, Fransanın kəşfiyyat orqanlarının seçkilərə mümkün müdaxiləsi ilə bağlı ifadə vermək məqsədilə Rumıniyaya getmək istədiyini bildirib.

"Bizimxeber" bildirir ki, bu barədə “Antikor” məlumat yayıb.

Məqalədə qeyd olunur ki, Durov Avropa ölkələrinin daxili işlərinə qarışmaqda Fransanın bəzi strukturlarını ittiham edir və bu məsələ ilə bağlı açıq şəkildə danışmağa hazır olduğunu vurğulayıb. Onun bu addımı Avropada informasiya təhlükəsizliyi və xarici təsirlər mövzusunda müzakirələrin fonunda xüsusi diqqət cəlb edir.

Hazırda bu məsələ ilə bağlı rəsmi Rumıniya orqanlarından və ya Fransanın xüsusi xidmətlərindən hər hansı açıqlama verilməyib.