Dünyanın ən kasıb prezidenti Muxika 89 yaşında vəfat etdi

Uruqvayın keçmiş prezidenti, dünyada “ən kasıb prezident” kimi tanınan Xose Muxika 89 yaşında vəfat edib.

"Bizimxeber" bildirir ki, bu barədə məlumatı ölkənin hazırkı prezidenti Yamandu Orsi təsdiqləyib. Onun sözlərinə görə, Muxika uzun müddətdir xərçəng xəstəliyi ilə mübarizə aparırdı.

Muxika təkcə Uruqvayda deyil, bütün Latın Amerikasında solçu hərəkatın simvolik fiqurlarından biri kimi tanınırdı. 2023-cü ilin dekabr ayında Braziliya prezidenti Luiz İnasio Lula da Silva və Kolumbiya prezidenti Qustavo Petro Uruqvaya səfər edərək ona ölkələrinin ali dövlət mükafatlarını təqdim etmişdilər. Bu jest Muxikanın regiondakı nüfuzunun və hörmətinin bariz göstəricisi idi.

Prezident xəstəxanada növbə gözlədi - FOTOLAR

Xose Muxikanın həyat tərzi onu dünya siyasətçiləri arasında fərqləndirirdi. O, prezident seçildikdən sonra dəbdəbəli iqamətgahdan imtina edərək kiçik fermasında yaşamağa davam etmişdi. Onun yeganə şəxsi əmlakı 1987-ci il istehsalı olan Volkswagen Beetle avtomobili və sadə kənd həyatı idi. Bu səbəbdən o, “dünyanın ən kasıb prezidenti” ləqəbini almışdı.

Muxikanın vəfatından öncə dünya elmi və siyasi ictimaiyyəti daha iki görkəmli simanın itkisini yaşamışdı. Amerikalı politoloq, "yumşaq güc" (soft power) anlayışını siyasi leksikona daxil etmiş Cozef Nye 88 yaşında vəfat edib. O, ABŞ Müdafiə Nazirliyində beynəlxalq təhlükəsizlik məsələləri üzrə keçmiş müavin olmuşdu və qlobal siyasətə nəzəri baxışları ilə mühüm töhfə vermişdi. 

Urugvay prezidenti “qo'ng'iz-avtomobili”ni 1 mln dollarga sotishdan bosh  tortdi — Daryo Yangiliklari

Dünyanın ən kasıb prezidenti” öz postunu tərk edir VİDEO - AZƏRTAC

Dünyanın ən kasıb prezidenti" vəfat etdi - Oxu.az