Rusiya hərbi infrastrukturunun genişmiqyaslı modernləşdirilməsini həyata keçirir ki, bu da potensial qlobal münaqişəyə hazırlıqdan xəbər verə bilər.
"Bizmxeber" bildirir ki, bu barədə Almaniyanın “Der Spiegel” nəşri peyk şəkillərinə və kəşfiyyat məlumatlarına istinadən məlumat yayıb.
Nəşr hesab edir ki, Rusiya Federasiyasının hər yerində yüzlərlə yeni obyekt tikilib: kazarmalar, komanda mərkəzləri, müşahidə qüllələri, anbarlar, həmçinin kilometrlərlə yeraltı tunellər. Xüsusilə, söhbət Avangard sisteminin yerləşdiyi buraxılış siloslarının modernləşdirilməsindən,qitələrarası raketlərlə buraxılan hipersəs döyüş başlığından gedir.
Alman analitikləri vurğulayırlar ki, modernləşdirmə miqyasına baxmayaraq, əsasən köhnəlmiş sovet obyektlərini kompensasiya edir və nüvə gücləri arasında qlobal balansı pozmur.