Çinin DeepSeek neyron şəbəkəsinin yaradıcısı Liang Wenfeng və Google-un ana şirkəti Alphabet-in baş direktoru Sundar Pichai, ilk dəfə olaraq Forbes-in ən zəngin milyarderlər siyahısına daxil olublar. Liang Wenfeng 1 milyard dollar sərvəti ilə 2933-cü, Sundar Pichai isə 1,1 milyard dollar sərvəti ilə 2790-cı sırada qərarlaşıb.
Siyahıda, həmçinin Duolingo-nun həmtəsisçiləri Luis von Ahn və Severin Hacker (hər biri 1,1 milyard dollar), Antropik işçiləri Dario Amodei, Daniela Amodei, Tom Brown, Jack Clark, Jared Kaplan, Sam McCandlish və Christopher Ola (hər biri 1,2 milyard dollar), və romantika simulatoru Ya3-ün yaradıcısı R. Love (1 milyard dollar) yer alıb.
Bundan əvvəl bildirilib ki, Forbes jurnalının reytinqinə görə dünyanın ən zəngin məşhuru amerikalı rejissor və prodüser Steven Spielbergdir. Spielberg-in 5,3 milyard dollar sərvəti olduğu qeyd edilir. O, ilk dəfə 1994-cü ildə dünyanın ən varlı adamları siyahısına daxil olmuşdu.
Ən zəngin milyarderlərin siyahısına ABŞ-ın məşhur sahibkarı və Hökumətin Effektivliyi Departamentinin (DOGE) rəhbəri Elon Musk başçılıq edir. Onun sərvəti 342 milyard dollar qiymətləndirilir. İkinci və üçüncü yerləri isə “Meta”nın rəhbəri Mark Zuckerberg və “Amazon”un yaradıcısı Jeff Bezos tutub.