Rusiya və Ukrayna arasında danışıqların yeni raundu böyük ehtimalla Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın İstanbuldakı administrasiyasının ofisində baş tutacaq.
"Bizimxeber" RİA Novosti-yə istinadən bildirir ki, görüş ehtimal ki, Dolmabahçedəki ofisdə olacaq.
Rusiya və Ukrayna arasında danışıqların yeni raundu iyunun 2-də İstanbulda keçiriləcək. İclasda Moskva münaqişənin əsas səbəblərini həll etmək üçün bütün aspektləri əhatə edən gələcək sülh müqaviləsi haqqında memorandum təqdim edəcək.
Bundan əvvəl ABŞ liderinin xüsusi nümayəndəsi Keyt Kelloq Ukrayna hakimiyyətinə Rusiya ilə danışıqlarda iştirak etmək istəməmələri barədə bəyanatlar verməməyi tövsiyə edib. O, Ukrayna Müdafiə Nazirliyinin rəhbəri Rustem Umerovla bu məsələni müzakirə etdiyini bildirib.