Danışıqlardan avvəl gərgin anlar - Çırağan Sarayına xüsusi itlər gətirildi

Ukrayna ilə Rusiya arasında baş tutması planlaşdırılan növbəti sülh danışıqları öncəsi İstanbulun tarixi Çırağan Sarayında təhlükəsizlik narahatlığı yaranıb. Rusiya mətbuatının yaydığı məlumata görə, sarayda bomba olması ilə bağlı xəbər daxil olub.

Bunun ardınca əraziyə itlərlə axtarış aparan xüsusi xidmət qrupları cəlb edilib. Sarayda təhlükəli əşyanın olub-olmaması ilə bağlı hərtərəfli yoxlamalar həyata keçirilib. İt qulluqçuları və onların xidməti itləri binanı tam şəkildə yoxlayıb.

Hadisə danışıqlara bir neçə saat qalmış baş verdiyindən, bu, diplomatik mühitdə əlavə gərginlik yaradıb. Hələlik partlayıcı qurğu aşkarlanmayıb və tədbirin planlaşdırıldığı kimi davam etdirilməsi gözlənilir.