Çində 589 min vətəndaş korrupsiyaya görə cəza alıb

Çində genişmiqyaslı antikorrupsiya tədbirləri çərçivəsində 589 min vətəndaş cəzalandırılıb.

Bizimxeber.az bildirir ki, bu barədə məlumat Çinin İntizam Təftişi üzrə Mərkəzi Komissiyasının saytında qeyd olunub. 

Bildirilib ki, söhbət bu ilin yanvar-sentyabr aylarında baş vermiş yoxlamalardan gedir. Ümumilikdə 2972 ​​iş əlavə araşdırmalar üçün prokurorluğa göndərilib.