Çin Xarici İşlər Nazirliyi Ukrayna Prezidenti Volodimir Zelenskinin açıqlamasına cavab verib. Nazirliyin sözçüsü Lin Jian, Çin ordusunun Ukraynadakı münaqişədə heç bir formada iştirak etmədiyini bildirib.
Xatırladaq ki, Ukrayna Prezidenti Zelenski bir gün əvvəl verdiyi açıqlamada iki Çin vətəndaşının cəbhə xəttində əsir götürüldüyünü və daha çox Çin vətəndaşının Rusiya tərəfində döyüşdüyü barədə məlumat verdiyini bildirmişdi.
“Çin heç vaxt öz ordusunu Ukraynadakı münaqişəyə göndərməyib. Biz bu məsələni araşdırırıq. Eyni zamanda, Çin hökuməti hər zaman vətəndaşlarını silahlı münaqişələrdən uzaq durmağa və heç bir tərəfin hərbi əməliyyatlarında iştirak etməməyə çağırıb.”
Hazırda əsir götürülən Çin vətəndaşlarının statusu və şəxsiyyəti barədə ətraflı məlumat açıqlanmayıb.