Çin ABŞ personalına viza məhdudiyyəti qoydu - Tibet qalmqalı

Çin Tibetlə bağlı məsələlərdə “pis davranan” bəzi ABŞ əməkdaşlarına viza məhdudiyyəti tətbiq edib. Bu barədə məlumatı Çin xarici işlər nazirliyi yayıb.

Bu qərar Vaşinqtonun iki həftə əvvəl əcnəbilərin Tibet ərazilərinə girişini tənzimləyən siyasətlərdə iştirak edən Çin rəsmilərinə əlavə viza məhdudiyyətləri tətbiq etməsindən sonra verilib. 

ABŞ Çin Kommunist Partiyasını amerikalı diplomatların, jurnalistlərin və digər beynəlxalq müşahidəçilərin Tibetə və Çinin digər Tibet ərazilərinə çıxışına icazə verməkdən imtina etməkdə günahlandırıb və ABŞ diplomatları və digərləri üçün bu ərazilərə “məhdudiyyətsiz giriş” tələb edib.

Çin Xarici İşlər Nazirliyinin sözçüsü Lin Jian, Tibetlə əlaqəli məsələlərin Çinin "daxili işləri" olduğunu və "ABŞ-ın Tibetlə bağlı Çin rəsmilərinə viza məhdudiyyətlərindən sui-istifadə etməsi"ni "beynəlxalq hüququ və beynəlxalq münasibətləri tənzimləyən əsas normaları ciddi şəkildə pozduğunu" deyib.

Xarici turistlərin Tibetin uzaq qərb bölgəsinə səfər etməsinə, qrup halında səyahət etmələri və əvvəlcədən icazə almaq şərti ilə icazə verilir. Diplomatlar və xarici jurnalistlər ora getmək üçün Tibetin yerli hakimiyyət orqanlarından icazə almalıdırlar.

Lin jurnalistlərə "Tibet açıqdır. Çin digər ölkələrdən gələn dost insanları Tibetə səfər etmək, səyahət etmək və ticarət etmək üçün qəbul edir" dedi. “Ancaq Çin hər hansı bir ölkənin və ya şəxsin qondarma insan haqları, din və mədəniyyət bəhanəsi ilə Tibet işlərinə qarışmasına qarşıdır”, o əlavə edib.