CHP-nin qurultayı öncəsi maraqlı detal - Yeni adlar ortaya çıxdı

Türkiyədə Cümhuriyyət Xalq Partiyası (CHP) sabah Ankarada fövqəladə qurultay üçün bir araya gələcək. Qurultay, sadəcə partiya daxilində deyil, Türkiyə siyasətində də diqqətlə izlənilir. 

CHP-nin keçmiş sədri Kamal Kılıçdaroğlu uzun müddətdir ki, partiya daxilindəki debatların mərkəzindədir. İki ay əvvəl verdiyi açıqlamalarla yenidən siyasi səhnəyə dönmək ehtimallarını artıran Kılıçdaroğlu, namizədlik müzakirələrinə son nöqtəni qoydu. Amma onun komandasında olan isimlərin Özgür Özəl-in əsas siyahısını poza biləcəyi ehtimalı hələ də masadadır.

Serkan Alan-ın verdiyi məlumatda, qurultay öncəsi məhkəmə prosesləri, keçmiş bələdiyyə başçıları və nümayəndələrin ifadəyə çağırılması partiya daxilində ciddi narahatlığa səbəb olub. Hətta partiyaya müvəkkil təyin olunması riski belə gündəmə gəlib.

Qurultayda 1400-ə yaxın nümayəndə iştirak edəcək. İlk mərhələdə partiya şurası formalaşdırılacaq və Dənizli Bələdiyyə Başçısının adı gündəmdədir. Digər tərəfdən, Ümit Uysal rəsmi olaraq sədrliyə namizədliyini irəli sürüb. Onun seçkidə iştirak edə bilməsi üçün 5 faiz imza toplaması şərtdir.

Ən maraqlı məqam isə Özgür Özəl-in “açar siyahısının” pozulub-pozulmayacağıdır. Seçkilərdə 60 nəfərlik Mərkəzi İcra Komitəsinin yeni tərkibi formalaşacaq və bu, partiyadakı gələcək güc balansını müəyyən edəcək. /BX liveBLOG/