Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın vəkili Hüseyn Aydın, sosial media hesabında etdiyi paylaşımda CHP sədri Özgür Özəl haqqında 75 min TL mənəvi təzminat qərarı verildiyini açıqlayıb.
Vəkil bildirib ki, Çağlayan Ədliyyəsi qarşısında verdiyi çıxışa görə Özgür Özələ qarşı açılmış məhkəmə prosesində Ankara Regional Ədalət Məhkəməsinin 25-ci Mülki Dairəsi tərəfindən qəti qərar çıxarılıb. Qərara görə, CHP lideri Özgür Özəl 75 min TL mənəvi təzminat ödəyəcək.
Qeyd edək ki, qərar artıq qüvvəyə minib və əlavə apellyasiya yolu qalmayıb.