ChatGPT-ni yaradan şirkət Maskı məhkəməyə verdi - Həm də istefası tələb olunur

OpenAI texnologiya şirkəti amerikalı milyarder İlon Maska qarşı əks iddia qaldırıb. 

ChatGPT chatbotunun arxasında duran təşkilat ABŞ Hökumətin Səmərəliliyi Departamentinin (DOGE) rəhbəri tərəfindən onun "qanunsuz və ədalətsiz təcrübələrdən" qorunmasını tələb edib.

"Media hücumları, zərərli kampaniyalar vasitəsilə Musk tərəfindən idarə olunan X sosial şəbəkəsində 200 milyondan çox abunəçiyə yayımlanan  "OpenAI"a zərər vermək üçün mövcud olan hər vasitəni sınadı" - deyə şirkət nümayəndələri vurğulayıblar.

Qeyd edilir ki, Mask 2024-cü ilin martında OpenAI və onun rəhbəri Sem Altmana qarşı məhkəmə iddiası qaldırıb.

SpaceX-in qurucusu şirkətin mənfəət məqsədi ilə kommersiya təşkilatına çevrilməsinə qarşı çıxıb və bu addım texnologiya nəhəngi Microsoft tərəfindən dəstəklənib. Bu, milyarderin fikrincə, Maskın həmtəsisçi kimi imzaladığı 2015-ci il müqavilə razılaşmasına ziddir. 

Bundan əvvəl Demokratlar Partiyasından olan Konqres üzvləri ABŞ prezidenti Donald Trampa müraciət edərək Maskın mayın 30-dək hökumətdən uzaqlaşdırılması tələbi ilə müraciət ediblər. Partiyanın nümayəndələrindən biri Qreq Kasar bildirib ki, biznesmenin istefasına nail olmaq üçün bütün hüquqi və siyasi alətlər var.