Çexiya Rusiya neftindən tamamilə müstəqil oldu

Çexiya öz tarixində ilk dəfə olaraq Rusiya neftinin tədarükündən tamamilə müstəqil olub. Ölkənin baş nazir Petr Fiala keçirdiyi mətbuat konfransında deyib ki, bu, qərbdən gələn TAL neft kəmərinin ötürmə qabiliyyətinin modernləşdirilməsi başa çatdıqdan sonra baş verib.

Fiala bildirib ki, boru kəməri ilə tədarük olunan neftin ilk artan həcmləri artıq Çexiyadakı mərkəzi neft bazasına gəlib. İndi Çexiya Qərb boru kəmərlərindən ildə 8 milyon tona qədər xam neft əldə edə bilər ki, bu da Çexiyadakı neft emalı zavodlarının istehlakını tam ödəyəcək.

 “Biz enerji müstəqilliyimiz yolunda daha bir addım atdıq”, - deyə ölkənin baş naziri bildirib.

Xatırladaq ki, yanvarda Çexiyanın baş naziri bəyan etmişdi ki, onun ölkəsi “Drujba” neft kəmərindən Rusiya neftinin çatışmazlığı halında TAL və IKL neft kəmərləri ilə qərb marşrutu ilə neft nəqlinə tam keçməyə hazırdır.