/BX LiveBLOG/
Ağ Evin girişində yerləşən və təxminən 200 il əvvəl ABŞ-nin yeddinci prezidenti Endryu Cekson tərəfindən əkilmiş Maqnoliya ağacı təhlükəli vəziyyətə düşdüyü üçün kəsiləcək.
"Bizimxeber" yazır ki, bu barədə ABŞ-nin keçmiş prezidenti Donald Tramp özünün "Truth" sosial şəbəkəsində yazıb. O, ağacın artıq təhlükəsizliyə ciddi təhdid yaratdığını vurğulayaraq, çıxarılması barədə qərar verdiyini bildirib.
"Hər şeyin bir sonu olmalıdır və bu ağac dəhşətli vəziyyətdədir. Xüsusən də Ağ Evin girişində yerləşməsi səbəbindən təhlükəsizliyə ciddi təhdid yaradır. Buna görə də onu çıxarmaq lazımdır. Bu proses gələn həftə baş verəcək və yerinə başqa, çox gözəl ağac əkiləcək", - deyə Tramp qeyd edib.
Ağacın tarixi əhəmiyyətini nəzərə alan Ağ Ev rəsmiləri onun müəyyən hissələrinin qorunacağını və digər yüksək məqsədlər üçün istifadə ediləcəyini açıqlayıblar.
Bu addım sosial mediada fərqli reaksiyalarla qarşılanıb. Bəzi insanlar bunu zəruri təhlükəsizlik tədbiri kimi qəbul etsələr də, digərləri tarixi dəyəri olan bir ağacın məhv edilməsinə qarşı çıxış edirlər.