Cənubi Asiyanın hərbi balansı - Hindistan üstünlükdədir...

Hindistanın Kəşmir bölgəsində hindu turistləri hədəf alan və 26 nəfərin ölümünə səbəb olan son hücum bölgədə siyasi və hərbi gərginliyi yenidən alovlandırıb. Hadisə Hindistan və Pakistan arasında münasibətləri kəskinləşdirib və yeni münaqişə qorxularını artırıb.

Pakistan hökuməti Hindistanın Kəşmir bölgəsində hərbi əməliyyat planlaşdırdığına dair kəşfiyyat məlumatlarına malik olduğunu açıqlayıb. Bu isə iki nüvə silahına malik ölkə arasında yenidən silahlı qarşıdurma ehtimalını gündəmə gətirib. 

Londonda yerləşən Beynəlxalq Strateji Araşdırmalar İnstitutu (IISS) Cənubi Asiyanın iki əsas gücü – Hindistan və Pakistan arasında hərbi qüvvələrin müqayisəsini təqdim edib.

Hindistanın hərbi gücü

Ümumi aktiv personal: 1,4 milyon
Orduda: 1,237,000
Donanmada: 75,500
Hava qüvvələrində: 149,900
Sahil mühafizəsi: 13,350
Əsas döyüş tankları: 3740
Artilleriya qurğuları: 9743
Döyüş təyyarələri: 730
Donanma:
2 təyyarədaşıyan
16 sualtı qayıq
11 esmines
16 freqat
Nüvə döyüş başlıqları: 172

Pakistanın hərbi gücü

Ümumi aktiv personal: <700,000
Orduda: 560,000
Hava qüvvələrində: 70,000
Donanmada: 30,000
Əsas döyüş tankları: 2537
Artilleriya qurğuları: 4619
Döyüş təyyarələri: 452

Donanma:

8 sualtı qayıq
10 freqat
Nüvə döyüş başlıqları: 170

Beynəlxalq müşahidəçilər hesab edirlər ki, tərəflərdən hər hansı birinin sərt addımı Cənubi Asiya regionunda sabitliyi poza və qlobal təhlükəsizlik arxitekturasını sarsıda bilər. Hindistan rəsmiləri hücuma görə məsuliyyəti hələlik açıq şəkildə bir qrupa bağlamasa da, hökumət daxilində “cavab tədbirləri” ilə bağlı ciddi müzakirələrin aparıldığı bildirilir.