Cenevrədə Çin və ABŞ arasında yüksək səviyyəli ticarət və iqtisadi danışıqlar başlayıb. Bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb.
Çin nümayəndə heyətinə hökumətdə maliyyə-iqtisadi bloka nəzarət edən Dövlət Şurasının baş nazirinin müavini He Lifeng başçılıq edir. Vaşinqtonu maliyyə naziri Scott Bessent təmsil edir.
Bundan əvvəl ABŞ-ın ticarət naziri Hovard Lutnik Çin malları və xidmətlərinin idxalına rüsumların qaldırılması imkanını istisna etmişdi. Ticarət Nazirliyinin sözçüsü He Yadonq bildirib ki, Çin fundamental məsələlərdə güzəştə getməyəcək və ya ABŞ prezidenti Donald Tramp administrasiyası ilə razılaşma əldə etmək üçün ədaləti qurban verməyəcək.
Aprelin 2-də Tramp 185 ölkə və ərazinin məhsullarına gömrük rüsumunun tətbiq ediləcəyini bəyan edib. ABŞ-ın Çindən gələn mallara rüsumları 145%-ə çatır. Buna cavab olaraq, Çin aprelin 12-dən etibarən Amerika mallarına tarifləri 125%-ə qaldırdı.