Çinli paraplançı Peng Yujiang nadir və həyati təhlükəli bir hadisənin mərkəzində olub. O, Qilian dağları üzərində uçarkən "bulud udması" deyilən nadir atmosfer hadisəsinə məruz qalıb və nəticədə 8,598 metr hündürlüyə, demək olar ki, kommersiya təyyarələrinin uçduğu səviyyəyə qalxıb.
Hadisə zamanı hava temperaturu -40°C dərəcəyə enib və Peng ağ buludların içində fırlanaraq hipoksiya (oksigen çatışmazlığı) və şaxta ilə üz-üzə qalıb. “Dəhşətli idi – ətrafımdakı hər şey ağ idi,” – deyə o, hadisəni xatırlayıb.
Yüksək riskli bu uçuş, onun dostu tərəfindən lentə alınıb və görüntülər Çin sosial platforması Douyində (TikTok-un Çin versiyası) viral olub. Lakin bu uçuşun nəticələri ağır olub. Həm Peng, həm də video çəkən dostu 6 aylıq uçuş qadağası ilə cəzalandırılıb.
Aviasiya ekspertləri xəbərdarlıq edirlər ki, bu cür bulud udması hadisələri paraplançıları nəzarətsiz şəkildə yüksəkliyə itələyir və bu, kommersiya təyyarələri ilə eyni səviyyədə uçmaq riskini yaradır. Belə şəraitdə təkcə buz kimi donmuş saqqal və ölüm təhlükəsi paraplançını müşayiət edir.
Qeyd edək ki, Peng bu uçuşa sadəcə meh gözləyərək və ikinci əl qoşqu ilə çıxıb. Lakin təcrübə onun üçün kabusa çevrilibvə o, təxminən 9 km yüksəklikdən donmuş, lakin sağ şəkildə endi.