İranda itlərin ictimai yerlərdə gəzdirilməsi rəsmi olaraq qadağan edilib.
"Bizimxeber" bildirir ki, bu barədə BBC məlumat yayıb. Səlahiyyətlilər bu qərarı əsaslandırarkən, itləri "murdar" heyvanlar kimi qiymətləndirdiklərini və onların ictimaiyyət üçün sağlamlıq və təhlükəsizlik riski yaratdığını bildiriblər.
Qadağa ölkənin bir çox şəhərlərində tətbiq edilir və artıq illərdir davam edən bir prosesin davamı kimi qiymətləndirilir. İlk dəfə bu cür fərman 2019-cu ildə paytaxt Tehranda qüvvəyə minmişdi. İndi isə bu məhdudiyyət daha geniş şəkildə tətbiq olunur.
Yeni qaydalara əsasən, itlərin təkcə gəzdirilməsi deyil, həm də nəqliyyat vasitələrində daşınması da qadağandır. Rəsmilər bunu ictimai asayişə və insanların rifahına təhlükə kimi təqdim edirlər. Bu qərar bir çox heyvansevər tərəfindən tənqid olunur. İranda heyvan hüquqlarını müdafiə edən fəallar bildirirlər ki, bu cür qadağalar həm sahiblərin hüquqlarını pozur, həm də ev heyvanlarının rifahına zərər vurur.