ABŞ prezidenti Donald Tramp Rusiya qoşunlarının Finlandiya və Norveç sərhədlərində mövqelərini gücləndirməsi ilə bağlı yayılan məlumatlara biganə münasibət göstərib.
"Bizimxeber" bildirir ki, jurnalistlərin sualını cavablandıran Tramp açıq şəkildə bildirib ki, bu məsələ onu narahat etmir.
“Rusiya qoşunlarının Finlandiya və Norveçlə sərhədlər boyu yığılması ilə bağlı məlumatlar sizi narahat edir?” sualına Tramp qısa cavab verib: “Mənim heç vecimə deyil”.
Qeyd edək ki, son günlər Rusiya qoşunlarının Şimal sərhədlərində, xüsusilə Finlandiya və Norveçlə həmsərhəd ərazilərdə hərbi fəallığı artıb.
Bu, NATO üzvü olan Skandinaviya ölkələrində ciddi narahatlıq doğurur. Lakin Trampın bu məsələ ilə bağlı sərgilədiyi münasibət, onun Rusiya siyasətinə yanaşması ilə bağlı yeni müzakirələrə səbəb olub.