Kişinyov Beynəlxalq Hava Limanında xaotik vəziyyət yaranıb. Texniki nasazlıq səbəbindən hava limanının informasiya sistemləri iflic olub, nəticədə qeydiyyat prosesi əl üsulu ilə aparılmalı oldu.
"Bizimxeber" bildirir ki, Moldovanın “NewsMaker” nəşri yayıb.
Hava limanı administrasiyası texniki nasazlığın baş verdiyini təsdiqləyib, lakin nasazlığın səbəbi barədə detallı məlumat verməyib. Məlumata görə, nasazlıq səbəbindən Buxarest və Dortmund istiqamətlərinə planlaşdırılmış reyslər ləğv edilib, digər reyslərdə isə ciddi gecikmələr baş verib.
Sərnişinlər sosial şəbəkələrdə və mətbuat orqanlarına verdikləri açıqlamalarda məlumatsızlıq, sistemli informasiya çatışmazlığı və personalın zəif təşkilatçılığı barədə şikayətləniblər.
???? Saat 11:00 radələrində hava limanı nümayəndələri sistemlərin bərpasına başlandığını bildiriblər. “Hazırda hava limanı müvəqqəti məhdudiyyətlərlə işləyir, lakin biz mümkün qədər tez tam fəaliyyətə qayıtmaq üçün səylərimizi səfərbər etmişik,” – deyə hava limanının rəsmi açıqlamasında qeyd olunub.
???? Xatırladaq ki, bu cür texniki nasazlıqlar son aylarda təkcə Kişinyovda deyil, digər Avropa hava limanlarında da müşahidə olunub. May ayında Almaniyanın bir neçə federal əyalətində dövlət və fövqəladə xidmətlərin istifadə etdiyi rəqəmsal rabitə sistemi çökmüş, Paris Orli hava limanında isə uçuşların yarıdan çoxu hava nəzarət sistemlərindəki nasazlığa görə ləğv edilmişdi.