Bu Avropa ölkəsinin liderləri Kiyevdə - Fransa və Britaniya koalisiyası...

Dörd Avropa ölkəsinin lideri Kiyevə gəlib. Onlar ilk öncə Ukrayna Prezidenti Volodimir Zelenski ilə birlikdə Kiyevin mərkəzində həlak olmuş ukraynalı əsgərlərin xatirəsini ehtiramla yad edib.

"Bizimxeber"  Ukrayna Prezident Aparatının açıqlamasına istinadən bildirir ki, mərasim Kiyevin Müstəqillik meydanında baş tutub. Tədbirdə Fransa Prezidenti Emmanuel Makron, Böyük Britaniyanın Baş naziri Key Starmer, Polşa Baş naziri Donald Tusk və Almaniya kansleri Fridrix Merz iştirak ediblər.

Bu mərasim, həmin gün Kiyevdə keçirilən və Avropa liderlərinin qatıldığı “Qətiyyətlilər Koalisiyası”nın iclası çərçivəsində təşkil olunub.

Qeyd edək ki, bu koalisiya Fransa və Böyük Britaniyanın liderliyi ilə formalaşdırılıb və məqsədi Ukraynada gələcəkdə atəşkəs rejiminə nəzarət və sülh prosesinə zəmanət vermək üçün beynəlxalq missiyanın yaradılmasıdır.

Liderlərin bu səfəri həm də Avropanın Ukraynaya dəstəyinin davamlılığını və həmrəyliyini nümayiş etdirən simvolik bir jest kimi qiymətləndirilir.