Britaniya nüvə silahı daşıya bilən F-35A təyyarələri almaq üçün ABŞ-la danışıqlar aparır.
"Bizimxeber" bildirir ki, bu barədə “Sunday Times” nəşri xəbər yayıb. Nəşrin məlumatına görə, London Rusiyadan gələn təhdidlərə görə bu qərarı verib. Hazırda sövdələşmənin hansı mərhələdə olduğu açıqlanmır.
Razılaşma əldə olunarsa, bu, Soyuq Müharibə bitdikdən sonra Britaniyanın nüvə inkişafında ən mühüm addım olacaq. Britaniya hakimiyyəti bu cür danışıqlarla bağlı məlumatı rəsmi olaraq təsdiqləmir.
Böyük Britaniyanın müdafiə naziri Con Healey The Sunday Times qəzetinə deyib ki, London ölkənin üzləşdiyi “yeni təhlükələr dövrünə” uyğunlaşmalı olub. Dünya mütləq daha təhlükəli olur. Nüvə riskləri artır. O qeyd edib ki , indi ilk dəfədir ki, biz dövlətlər arasında münaqişə risklərinin əhəmiyyətli dərəcədə artması ilə üzləşirik.
F-35A 1400 kilometr uçuş məsafəsinə malikdir ki, bu da digər F-35 variantlarını üstələyir.