Azərbaycan Antidopinq Agentliyi (AMADA) 2 idmançıya sanskiyalar tətbiq edib.
"Bizimxeber" bilirir ki, bu barədə qurumun saytı məlumat yayıb. Belə ki, boksçular Ömər Aslanlı 24 ay, Məsud Yusifzadə 36 diskvalifikasiya edilib.
Ömər Aslanlı nümunəsində qadağan edilmiş maddə və ya onun metabolitləri və ya markerlərinin mövcudluğu aşkar olunduğu üçün cəzalanıb. Məsud Yusifzadə isə nümunə toplanmasından yayınma, imtina və ya nümunəni təqdim etməmək maddəsi ilə diskvalifikasiya edilib.
Qeyd edək ki, Ömər Aslanlı Boks üzrə gənclərdən ibarət Azərbaycan milli komandasının üzvüdür. Komandanın yeni baş məşqçi Elbrus Rzayevdir.