/BX LiveBLOG/
BMT Təhlükəsizlik Şurası ABŞ-nin İsrail və HƏMAS hərəkatı arasında atəşkəsə dair qətnamə layihəsinin lehinə səs verib.
Bu barədə TASS məlumat yayıb.
Təhlükəsizlik Şurasının 15 üzvündən 14-ü bu sənədin lehinə səs verib.
Qətnamənin birinci mərhələsi dərhal atəşkəs, İsrail Müdafiə Qüvvələrinin qoşunlarının Qəzza zolağında məskunlaşan ərazilərdən çıxarılmasını və HƏMAS hərəkatının saxladığı girovların azad edilməsini nəzərdə tutur.