“Biz satılmırıq”- Qrenlandiyalılar Trampın müdaxiləsinə qarşı etiraza çıxdı - FOTO

/BX LiveBLOG/

ABŞ-ın Qrenlandiyadakı konsulluğu qarşısında Donald Trampın adanı ələ keçirmək istəməsi ilə bağlı açıqlamalarına etiraz aksiyası keçirilib.

"Bizimxeber" bildirir ki, bu barədə DR və KNR məlumat yayıb.

Nümayişdə 2 mindən çox adamın iştirak etdiyini açıqlanıb və onlar paytaxt Nuuk küçələrində Qrenlandiya bayraqları və üzərində “Amerikanı uzaqlaşdırın”, “Biz satılmırıq”  yazıları olan lövhələr tutublar. 

Nümayiş ABŞ Konsulluğu yaxınlığında Qrenlandiya himninin səsləndirilməsi ilə başa çatıb.

"Mən şəxsən ümid edirəm ki, Tramp və amerikalılar Qrenlandiyanın alına bilməyəcəyini başa düşəcəklər və ümid edirəm ki, bu mesaj amerikalılar və xüsusən də Tramp tərəfindən dəstəklənəcək " , - aksiyanın təşkilatçısı Orla Joelsen bildirib .

Qeyd edək ki, 2019-cu ildə ilk prezidentlik dövründə Tramp ilk dəfə Qrenlandiyanı satın almağı təklif edib. Yeni müddət üçün vəzifəyə gəldikdən sonra Tramp bu fikrə qayıdıb. Onun fikrincə, Qrenlandiya “iqtisadi təhlükəsizlik üçün zəruridir”. Bundan əlavə, o, Qrenlandiyaya qarşı hərbi və ya iqtisadi tədbirlərin görülə biləcəyini inkar etməyib .

Trampın bəyanatlarına cavab olaraq Danimarka hökuməti adanın müdafiəsini gücləndirib. Danimarkanın baş naziri Mette Frederiksen ABŞ-ın Qrenlandiyanı işğal etmək üçün hərbi gücdən istifadə etməsini təsəvvür edə bilmədiyini deyib. O, həmçinin qeyd edib ki, yalnız Qrenlandiya xalqı nə istədiklərinə qərar verir.

Qrenlandiyanın baş naziri Mute Egede də adanın Qrenlandiyalılara aid olduğunu, onun sözlərinə görə, nə danimarkalı, nə də amerikalı olmaq istəmədiyini vurğulayıb.

 


 

Trampın adaya müdaxiləsi fonunda Qrenlandiyada seçkilər keçirilib və seçkilərdə müxalifət partiyası Demokraatit qalib gəlib. O, Danimarkadan müstəqilliyin yavaş-yavaş əldə edilməsinin tərəfdarıdır.