"Birlik - Milli Hərəkat" seçkinin nəticələrini tanlmadı

“Birlik-Milli Hərəkat” MSK- nın elan etdiyi parlament seçkilərinin ilkin nəticələrini tanımır.

Bizimxeber.az bildirir ki, bununla bağlı “Birlik – Milli Hərəkat”ın mərkəzi ofisində brifinq keçirilib. Partiya sədri Tina Bokuçava deyib ki, onlar "oğurlanmış seçkinin nəticəsini tanımaq fikrində deyillər". “Birlik – Milli Hərəkat” adından bəyan edirik ki, oğurlanmış, seçkilərin nəticələrini qəbul etmirik və bu oğurlanmış nəticələrini tanımaq fikrində deyilik. Biz həqiqətən ümid edirik ki, belə bir mövqe müxalifət meydanında olacaq”, - deyə Tina Bokuçava bildirib.

O, həmçinin qeyd edib ki, MSK İvanişvilinin “çirkli sifarişini” yerinə yetirib və nəticələri açıqlayıb ki, bu da “oliqarx İvanişvilinin qələbəni gürcü xalqından oğurladığını” göstərir.

“Tarixi seçkilər gürcü xalqının qələbəsi idi və gürcü xalqının qələbəsi olaraq qalır. Bunu beynəlxalq təşkilatların keçirdiyi “exit-poll” da göstərdi, burada Avropayönlü, qərbyönlü müxalifətin qələbəsi böyük üstünlüklə meydana çıxdı. Amma biz görürük ki, MSK İvanişvilinin çirkin tapşırığını yerinə yetirdi və nəticələri elan etdi ki, bu da oliqarx İvanişvilinin gürcü xalqının qələbəsini oğurladığını və bununla da Avropanın gələcəyini oğurladığını göstərir”, - Bokuçava brifinqdə bildirib.