/BX LiveBLOG/
“Vətəndaş Hüquqları” İnstitutunun rəhbəri Bəşir Süleymanlı həbs edilib.
O, Baş Prokurorluğun İstintaq İdarəsi tərəfindən aparılan araşdırma nəticəsində cinayət məsuliyyətinə cəlb edilib. B.Süleymanlı vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, vəzifə saxtakarlığı və cinayət yolu ilə əldə edilmiş pulları leqallaşdırma maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunub.
Binəqədi Rayon Məhkəməsinin qərarı ilə barəsində 3 ay 28 günlük həbs qətimkan tədbiri seçilib.
***
“Seçki Müşahidə” Alyansının rəhbəri Məmməd Məmmədzadə və Altay Məmməd də cinayət məsuliyyətinə cəlb edilib. A.Məmməd barəsində 3 ay 28 günlük həbs qətimkan tədbiri seçilib. Birazdan M.Məmmədzadə barəsində qərar veriləcək.