/BX LiveBLOG/
Berlində dörd Tesla avtomobili yandırılıb və hüquq-mühafizə orqanları siyasi motivi istisna etmir.
"Bizimxeber" bildirir ki, bu barədə "dpa" məlumat yayıb.
Hüquq-mühafizə orqanlarının bildirdiyinə görə, şəhərin müxtəlif ərazilərində təxminən yarım saat fasilə ilə dörd yanğın başlayıb. Daha beş avtomobilə ziyan dəyib.
"Bütün avtomobillər tamamilə yanıb", - polis bildirib.
Almaniya hüquq-mühafizə orqanları dörd Tesla avtomobilinin yandırılmasının siyasi motivini istisna etmirlər. Hazırda Baş Dövlət Cinayət Polisi İdarəsinin Dövlət Təhlükəsizlik İdarəsi tərəfindən araşdırma aparılır.
Qeyd edək ki, son aylarda Tesla-nın baş direktoru İlon Maska qarşı tənqidlər xeyli güclənib. Bu, o, ABŞ prezidenti Donald Trampın yanında işləməyə başladıqdan sonra baş verib və çoxlu sayda iyrənc bəyanatları ilə diqqət çəkib.