ABŞ-ın sabiq prezidenti Co Bayden sağlamlıq vəziyyəti ilə bağlı yeni açıqlama verib.
"Bizimxeber" bildirir ki, o, prostat xərçənginin müalicəsinə başladığını bildirib. Hazırkı müalicə planına əsasən, Bayden altı həftəlik həb kursu qəbul edəcək. Daha sonra müalicənin dərmanlarla davam etdirilməsi planlaşdırılır.
Onun sözlərinə görə, orqan zədəsi yoxdur və ümumi vəziyyət stabil olaraq qalır. O qeyd edib ki, həkim komandası nikbindir və müalicənin uğurla nəticələnəcəyinə inanır.
Baydenin bu mövzuda şəffaf şəkildə ictimaiyyəti məlumatlandırması Birləşmiş Ştatlarda və dünyada müsbət qarşılanıb. Ağ Ev administrasiyası da qeyd edir ki, prezident tam iş qabiliyyətindədir və gündəlik fəaliyyətinə davam edir.